Siyasət

Ermənistan Xarici İşlər Nazirliyi: Noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyalarının görüşü olacaq

Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları noyabrın 30-da iki ölkənin dövlət sərhədində görüşəcəklər. Bu barədə cümə axşamı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan bildirib.

“İlkin razılaşmaya əsasən, noyabrın 30-da Ermənistanla Azərbaycanın dövlət sərhədində delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının növbəti görüşü keçiriləcək”, – o deyib.

Bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında belə görüşün iki ölkənin sərhədində keçirilməsini və sülh müqaviləsinin bağlanmasına dair məsələlərin müzakirəsini təklif edib. Buna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların nümayəndələrinin görüşünün keçirilməsini təklif edib.

Hələlik rəsmi Bakı görüşün noyabrın 30-da olacağını təsdiqləməyib. Görüşün harada keçiriləcəyi də aydın deyil.

Bənzər yazılar

Back to top button