Bizim seçimHadisəİqtisadiyyat

Qumarda ən çox qazanan azərbaycanlıların siyahısı açıqlanıb

“The Hendon Mob” saytı qumarda ən çox qazanan azərbaycanlıların adını dərc edib.

Siyahıda 59 ən çox qazanan azərbaycanlının adı yer alıb.

Sıralama udduqları pulların məbləğinə görə müəyyən edilib.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli siyahıda üst sırada dayanan bir neçə azərbaycanlının adını araşdırıb.

O iddia edib ki, ilk yerdə dayanan Ramin Hacıyev Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.

O, indiyədək üst-üstə 3 milyon 267 min 653 dollar udub.

6-cı yeri tutan Rauf Hacıyevin digər oğlu Rüstəm Hacıyevdir.

3-cü yerdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun oğlu Murad Axundovdur.

O, 1 milyon 291 min 30 dollar qazanıb.

Siyahıda 58-ci sırada olan Sarkis Tərtəryan adlı ermənini də azərbaycanlı kimi siyahıya salıblar.


Cavanşir Həsənlinin “Facebook” paylaşımına şərh yazan Rövşən Kəbirli adlı şəxs ortaya başqa bir iddia atıb.

İddiaya görə, əslində bu da çirkli pulların leqallaşdırmağın bir yoludur: “Belə ki, adamlar əlində nağd pul kəsdirir və qumarxanaya gedir. Tutaq ki, kimsə 1 milyon udub, həmin şəxsə təklif edir ki, “uduş sahibi kimi məni göstər, sənin 1 milyonuna qarşılıq əlavə sənə 200 min verim”. Sonrada şəxsdən 200 minə aldığı o 1 milyonu vergidən qumarda qazanılmış pul kimi qeydiyyatdan keçirir. Təbii ki, bu halda həmin pulu istədiyi əmlaka, yaxud biznesə yatıra bilir və heç kim də daha ondan pulun mənbəyi barədə arayış tələb etmir”.


İngiltərə mərkəzli “The Hendon Mob” 2000-ci ildən dünyanın hər bir yerində oynanan poker turnirlərinin nəticələrini toplayan bir vebsaytdır.

Sayt qumarda uduzanların adı ilə bağlı siyahını açıqlamır.

Toplum.Tv

Bənzər yazılar

Back to top button