Hadisə

“Gənclik Mall”un tualetində qadınların telefonlarını oğurladılar

Bakıda asudə vaxtlarını “Gənclik Mall” Ticarət Mərkəzində keçirən cütlük müxtəlif şəxslərə məxsus telefonları oğurlayıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə 2023-cü il ərzində müxtəlif vaxtlarda baş verib.

1997-ci il təvəllüdlü Miramin Hüseynov (soyad şərti) oğurluğu 1993-cü il təvəllüdlü Nigar İmamliyeva ilə birlikdə törədib. Onlar oğurluqları “Gənclik Mall”un 1, 3 və 4-cü mərtəbələrində restoran və iaşə obyektlərdə törədiblər.

Ticarət Mərkəzində yerləşən KFC restoranının qarşısında masanın üzərində “Redmi Note 8” markalı, 1-ci mərtəbəsində yerələşən tualetdə güzgünün üzərində nəzarətsiz olan “Redmi Note 11S” markalı, 3-cü mərtəbədə olan tualetdə müxtəlif qadınlara məxsus “İphone XS”, “Redmi Note 8”, “Redmi Note 9T”, “Samsung Galaxy A71” və digər markalara məxsus telefonlar oğrulayıb.

Onlar 28 may metrosunun yaxınlığında yerləşən Bakı Dəmir Yolu Vağzalının inzibati binasında yerləşən KFC restoranında da oğurluq ediblər.

Oğruladıqları telfonları 28 may metrosunun yaxınlığında və 20 Yanvar dairəsində müxtəlif mağazalara ucuz qiymətə satıblar. Onların bahalı mobil telefonları bu qədər ucuz qiymətə satmasına səbəb cihazların “icloud” şifrəsini bərpa edə bilməmələri olub.

Məhkəmənin qərarı ilə Miramin Hüseynov Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkək.

Nigar İmamliyeva isə Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə təqsirli bilinib və 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Bənzər yazılar

Back to top button