Hadisə

Sabiq diplomat “Milli.ön” xidmətini topa tutdu… – Yalan reklamlar, xidmət fırıldaqçıları…

Kimin vaxtı, imkanı, həvəsi var, xahiş edirəm, “Milli.ön” xidmətinə *OO10″ telefon nömrəsi ilə zəng vursun. Görün, necə bəlağətli reklamlar eşidəcəksiniz! “Ay biz keyfiyyətli xidmət edirik, xidməti asanlaşdırırıq, insanları razı salmaq üçün filan işləri həyata keçiririk…” və s. və i.a.

Dünən səhər-iyunun 21-də Babək prospektindəki “Bravo Babək superstore” mağazasına həmişəki kimi ərzaq məhsulları almağa getmişdim. QAZ smart kartını mağazada qoyulmuş “Milli.ön” aparatına saldım ki, qaz vurum. Aparat o dəqiqə kartı “uddu”. Mağazanın işçiləri də, mən də çalışdıq, kartı “əjdahanın” ağzından çıxara bilmədik. “Müştəri xidmətləri”n- dən mənə bildirdilər ki, “belə olanda “Milli.ön” ün əməkdaşları gələndə kartı çıxarıb bizə verirlər, biz də müştəriyə zəng vururuq, gəlib götürür”. Telefon nömrəmi də yazdılar ki, “arxayın olun, mütləq bir-iki saata zəng vurarıq”. Bütün günü evdə gözlədim “hamının gedəni gəldi, mənimki gəlmədi”, yəni zəng vuran olmadı…

Bu gün yenə səhər mağazaya getdim ki, soruşum “nə oldu?” “Yenilik” gördüm. İllərlə getdiyim mağazanın maşın parkının qarşısına giriş-çıxış üçün ödəniş aparatları qoyublar. (?!) Görünür, bu da işbazların ağlına təzə gəlib! Gərək müştərilər ikiqat “soyulsunlar”- həm mağaza həyətinə girişdə, həm də mağazada!

Əlqərəz, “Müştəri xidmətləri”ndən soruşdum ki, “kartı sizə verdilər?” Dedilər ki, “siz ” Mlli.ön”-ə zəng vurun”. Mən də təbii olaraq soruşdum ki, “bəs bunu mənə dünən niyə demədiniz?”

“Milli.ön” xidmətinə zəng vurdum, telefonda səsləndirdikləri reklamları xeyli dinlədikdən sonra operator xanım nəhayət dilləndi ki, “gözlədiyiniz üçün təşəkkür edirik!” Sonra başladı sorğu-suallara: “Mağaza hansı küçədədir?” Kartı hansı aparata salmısınız?” “Kart nə kartdır?” Ad-soyadınız nədir?.. Sonra dedi ki, “telefonda ğözləyin, gedim, araşdırım”. Bir də gəldi ki, “adınız nə oldu?” “Telefon nömrənizi deyin.” Dedim “ay xanım, bayaq hamısını soruşdunuz, mən də cavab verdim, bəs yazmadınız?”

Məxləs, hər şeyi yazandan sonra operator xanım dedi ki, “telefonda gözləyin”. Bir azdan qayıtdı ki, “araşdırıb, sizə cavab verərik!”

Gəldim evə. Beləliklə 25 dəqiqə telefonda gözlədim, məlum məsələdir konturlarını da “uçdu”, getdi.

Evdə bu yazını yazırdım ki, yenə Milli. ön” dən 404 41 05 telefon nömrəsindən bir xanım zəng edib, sorğu-suala başladı. Operator xanımın suallarını təkrar verəndən, mən də cavabları təkrarlayandan sonra dedi ki, araşdırıb, sizə cavab verəcəyik!”

Xanımın adını soruşdum,” Şəms” dedi, soyadını soruşdum, bildirdi ki, “onu deyə bilmərəm, müdiriyyət icazə vermir!”. Operator qızın ad-soyadını soruşdum, dedi ki, “onu da deyə bilmərəm, bizə icazə verilmir!”

Beləliklə hələ gözləyirəm, evdə də qaz yoxdur!

Təəccüblüdür, belə xidmət olar? Bu savadsız, qabiliyyətsiz adamları necə işə götürürlər, başa düşülən deyil!
İşləyə bilmirsiniz, işləməyin də! Yalan reklamlarınız da özünüzə qalsın!

//moderator.az//

Bənzər yazılar

Back to top button