Hadisə

Ələkrəm Hümbətov vəfat etdi

Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Hollandiyada yaşayan Ələkrəm Hümbətov dünyasını dəyişib.

AzToday.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, Hollandiyada xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümbətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.

Bənzər yazılar

Back to top button