İqtisadiyyatManşet

Fərhad Əhmədovla Səlim Müslümovu nə birləşdirir – “AzNar” şirkətində…

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun sahibi olduğu “AzNar” şirkətinə məxsus olan “AzNar Ferma” MMC-nin qanuni təmsilçisi kimi Fuad Seyidovun adı qeyd edilib. 32gun.az-a verilən məlumatda iddia edilir ki, Fuad Seyidov hazırda həbs müdəti davam edən Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun kadrıdır.

İddiaya görə, Fuad Seyidov S.Müslümov nazir olduğu dövrdə Göyçayda Sosial Müdafiəsi Mərkəzində müdir müavini işləyib. İddialara görə, həmin vəzifədə də S.Müslümovdan aldığı “ok” ilə çalışıb.

Qeyd edək ki, Mətbuatda gedən məlumata görə, F.Seyidovun adı dəfələrlə vətəndaşlardan pul almaqda hallanıb. Həmçinin mətbuatda gedən məlumata görə, o sosial yardımları öz qohumlarının adına köçürdüb.

Xatırladaq ki, S. Müslümov 2021-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir müddət öncə sabiq nazir səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş, orada müalicələri nəticə vermədiyindən ev dustaqlığına buraxılmışdı. Bu gün isə onun xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button