Hadisə

Agentlik Bakı meriyasını məhkəməyə verdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Elektron Məhkəmə Sistemində məlumatlar dərc edilib.

Belə ki, AAYDA inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – torpaq üzrə – torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

Agentlik Bakı İnzibati Məhkəməsinə müraciət edib.

İddia hakim Mehriban Qarayevanın sədrliyi ilə araşdırılacaq.

Bənzər yazılar

Back to top button