İdman

Nazirlik pul ayırmadı, Azərbaycan millisi dünya çempionatına gedə bilmədi

7-17 iyul tarixlərində ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) XI Ümumdünya Oyunları keçiriləcək.

AzToday.az Oxu.az-a istinadən xəbər verir ki, lakin yarışa təxminən bir ay vaxt qalsa da, Azərbaycandan hansı idmançıların orada çıxış edəcəyi hələ ki dəqiq deyil.

Gənclər və İdman Nazirliyindən də bu barədə məlumatsız olduqları bildirilib.

Orada olan idman növlərindən biri də muay-taydır. Artıq bu növdə Azərbaycanın təmsil olunacağı dəqiqdir. Bu barədə muay-tay millimizin böyük məşqçisi Şəhriyar İsayev bildirib:

“26 mayda BƏƏ-nin paytaxtı Əbu-Dabidə dünya çempionatı keçirilməyə başlanıb. Yarış iyunun 4-də başa çatacaq. Ancaq nazirlikdən pul ayrılmadığı üçün həmin dünya çempionatında çıxış edə bilmədik. Halbuki bu yarışda çıxış etsəydik, Ümumdünya Oyunlarına vəsiqə qazanmaq imkanımız olacaqdı. Bildiyimə görə, uşuda da eyni vəziyyət olub. Ona görə də Ümumdünya Oyunlarında nə muay-tay, nə də uşu idman növlərində Azərbaycan idmançısı iştirak etməyəcək”.

Bənzər yazılar

Back to top button