Cəmiyyət

Cümə günü paytaxtda 40 dərəcəyədək isti olacaq

Avqustun 11-də Bakıda və Abşeronda isti, quru hava şəraiti davam edəcək. Cənub-şərq küləyi əsəcək.

Ekologiya Nazirliyinin sinoptikləri xəbər verir ki, havanın temperaturu gecə 24+28, gündüz 35+39, bəzi yerlərdə 41+42 dərəcə isti təşkil edəcək.

Respublikanın rayonlarında da yağıntı olmayacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 23+28, gündüz 35+40, bəzi yerlərdə 42+44 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 15+20, gündüz 28+33 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button