Digər

Kərim Benzemanın “Qızıl top”unu “Lotus”da gətirdilər – Foto

Dünən “Qızıl top”un mükafatlandırma mərasimi keçirilib. Əksər ekspertlər hesab edirdilər ki, mükafat “Real”ın hücumçusu Kərim Benzemaya veriləcək. Aut.az xəbər verir ki, proqnozlar doğrulub. Fransız hücumçu karyerası ərzində ilk dəfə “Qızl top” mükafatını qazanıb.

“Barselona”nın yarımmüdafiəçisi Qavi ən yaxşı gənc futbolçu nominasiyasının qalibi olub. İlin ən yaxşı qadın futbolçusu isə “Barselona”nın yarımmüdafiəçisi Aleksiya Putelyas seçilib. O, dalbadal ikinci dəfə bu mükafata sahib çıxıb.

Mövsümün ən yaxşı hücumçusuna verilən Herd Müller mükafatını isə “Barselona”lı Robert Levandovski qazanıb. Səsvermənin nəticələrinə görə, ən yaxşı qapıçı kimi Lev Yaşin mükafatını “Real”ın belçikalı qapısı Tibo Kurtua alıb. “Bavariya”nın hücumçusu Sadio Mane isə “Sokrates mükafatı”nı qazanıb. Seneqallı sosial fəaliyyətinə görə mükafatlandırılıb.

Formula 1 komandası “Alpin” “Qızıl top”un mükafatlandırma mərasimində iştirak edib. Dünyanın ən yaxşı futbolçusuna veriləcək kubok “Lotus” avtomobilində gətirilib. Avtomobilin sükanı arxasında komandanın fransalı pilotu Esteban Okon olub.

 

Bənzər yazılar

Back to top button