GündəmHadisəManşet

Prokurorluq Əmlak Məsələləri Dövlət Xidmətinin məmurlarının həbsi haqqında məlumatlarla bağlı şərh vermir

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda Əmlak Məsələləri Dövlət Komitəsinin şöbələrində əməliyyat keçirib. Bir neçə vəzifəli şəxs saxlanılıb, bu barədə KİV-lər məlumat yayıb.

Əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb.

Turan-ın Şəki rayonundakı etibarlı mənbələri bildirirlər ki, əməliyyat çərçivəsində ƏMDX-nin Şəki ərazi şöbəsinin müdiri Mübariz Bəşarət oğlu Paşayev də həbs edilib.

Baş Prokurorluq bu məlumatları şərh etməyib, bir qədər sonra rəsmi məlumat yayacağını vəd edib. (Turan)

Bənzər yazılar

Back to top button