İdman

“Messi, Ronaldo, Neymar da 280 milyon etməz”

“Barselona” və Braziliya millisinin sabiq üzvü Rivaldo “Real”ın transfer etmək istədiyi Kilian Mbappe ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, əfsanəvi futbolçu fransız futbolçu üçün 280 milyon avronun təklif olunmasına etiraz edib:

“Fransa mətbuatından Mbappenin 280 milyon avroya “Real”a transfer olunacağını oxudum. Bu məbləğ bir futbolçu üçün həddən artıq şişirdilmiş qiymətdi. Lionel Messi, Kriştiano Ronaldo, Neymar da daxil olmaqla heç bir futbolçunun 280 milyon avro dəyəri yoxdu”.

Mbappenin istedadına heç bir şübhəsinin olmadığını qeyd edən Rivaldo “Həddən artıq yüksək transfer qiymətləri futbolçuların üzərində əlavə təzyiq yaradır” deyib .

Braziliyalı əfsanə Eden Hazardın “Real” üçün super transfer olacağını bildirib: “Hazard təkcə futbolçu kimi yox, liderlik xüsusiyyətləri ilə də “Real”ın axtardığı simadı”

Bənzər yazılar

Back to top button