Siyasət

Kommunikasiyaları açacaq üçtərəfli komissiya iyunun 3-də görüşəcək

İyunun 3-də Moskvada regional kommunikasiyaların açilması üzrə üçtərəfli işçi komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Ermənistan mətbuatı Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisinə istinadən məlumat yayıb.

Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin sədrlik etdiyi işçi qrup sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.

Azərbaycan tərəfi hələ iyunun 3-də keçiriləcək görüşü təsdiqləməyib.

Ermənistan və Azərbaycanın delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının Moskvada da keçiriləcək iclasına gəlincə, onun da bu həftə iclası elan olunmuşdur. Lakin o hələ də baş tutmayıb.(Turan)

Bənzər yazılar

Back to top button