Cəmiyyət

9 saylı Şəhər Poliklinikasının baş həkimindən şikayət var – VİDEO

9 SAYLI şəhər poliklinikasının aptek müdiri Rəhimov Rüfət Salman oğlu tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab
Теymur Yusif oğlu Musayevə müraciət ünvanlanıb.

Bir nüsxəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:

Mən 1984-cü ildə Naxşıvan Muxtar Respublikasının Babək rayonun Sirab kəndində anadan olmuşam. Tibb Universitetinin əczaçılıq fakultəsini bitirmişəm. Müxtəlif sahələrdə çalışmışam və xalqıma millətimə layiqli övlad olmağa çalışmışam. Hal-hazırda 9 saylı poliklinikanın aptek müdiriyəm. Ailəliyəm və 3 uşaq atasıyam. Azərbaycan üçün 2 əsgər böyüdürəm. Özüm siyasi fəalam. Milli məclisə seçkilər zamanı Binəqədi rayonundan Deputatlığa qeydə alınmış namizəd kimi seçkilərdə iştirak etmişəm.

Mənim narahatçılığım ondan ibarətdir ki 9 saylı poliklinikanın müdiri Lalə Hacızadə mənə mütamadi olaraq süni əngəllər yaradır və məni işimdən kənarlaşdırmaq üçün əlindən gələnləri edir. Mən 9 saylı poliklinikada işləyəndə Lalə Hacızadə orada işləmirdi və Lalə Hacızadə poliklinikaya məndən 1 il sonra gəlib. Lalə Xanım özü olduqca imkanlı şəxsdir. Onun Bakı şəhərində çoxlu sayda obyektləri var. Demək olar ki Lalə Hacızadə oliqarx həyat tərzi keçirir. Bahalı avtomobilləri və bir sözlə çox yüksək səviyyəli həyat tərzi keçirir. Onun infinity markalı avtomobilinin hətta seriyası belə 10 “LA” 226 adının başlanğıc iki hərfini əks etdirir. Təbii ki, buda təsadüfi deyil. Görünür Lalə Hacızadə həmdə yüksək şöhrətpərəstlik və özünü reklam etməklə yanaşı öz sosial mövqeyini bu cür fraqmentlərə xüsusi status əldə etməyi hədəfləmişdir. Göründüyü kimi Lalə Hacızadə çox yüksək iddialarla və ambisiyalarla yaşayan şəxsdir. Həc ziyarətində olmasına baxmayaraq Lalə Hacızadə heç bir Allah qorxusunu qəlbində formalaşdıra bilməmişdir və başqalarının dolanmasına hörmətsiz yanaşması və mənim işdən çıxandan sonra ailəmin uşaqlarımın dolanmasını heç nəzərədə almır. Lakin mənim yeganə dolanma yerim hal hazırda işlədiyim həmin iş yeridir. Hətta mənim yaşamağa evimdə yoxdur.

Mən siyasi fəaliyyətlə məşğul olduğum dövrlərdə bir neçə dəfə müxtəlif hüquq mühafizə orqanlarında DTX– da, Cinayətkarlıqla Baş Mütəşəkkil Mübarizə İdarəsində və digər Dövlət qurumlarında profilaktik söhbətlərdə iştirak etmişəm. Mənim rəhbərliklə aramızda olan anlaşıqlı söhbət zamanı mən öz siyasi fəaliyyətimə son qoyaraq ailəmi dolandırmaq üçün öz ixtisasım üzrə olan işimlə məşğul olmağı seçmişəm və hal hazırdada sakit işimə gəlib gedirəm öz uşaqlarımı böyüdürəm. Lalə Hacızadə isə mənim yerimə başqa bir şəxsi yerləşdirməklə hansısa maddi maraqları olduğunu çox yaxşı bilirəm. Lakin Lalə Hacızadə məni işimdən uzaqlaşdırmaqla məni yenidən tənqidi siyasi mövqeyimə qayıtmağa təhrik edir. Artıq mən öz planlarımı qurmağa başlamışam. Əgər Lalə Hacızadə məni işdən kənarlaşdırmağa nail olarsa İlk növbədə mən 9 saylı poliklinikanın qarşısında təyin olunmuş bir vaxtda bütün müstəqil media qurumlarını dəvət edib mətbuat konfransı keçirəcəyəm. Başıma gələnləri və 9 saylı poliklinikada Lalə Hacızadənin bütün qanunsuz və korrupsiya əməllərini ifşa edəcəyəm. Mətbuat konfransı zamanı mən məcburam ki, ölkə rəhbərliyinə tənqidi mövqe sərgiləyərək idarəçiliyin yalnışlığından işsiz qaldığımı və öz ailəmi 3 uşağımı necə böyütmək haqqında suallar verəcəyəm. 1 iyun 2022 tarixdə müstəqil media vasitəsini dəvət etməklə mən 9 saylı poliklinikanın qarşısında müsahibə verdim.

Sizdən Xahiş edirəm Lalə Hacızadəyə tapşırın ki, mənə süni maneələr yaratmasın. Mən sakitcə öz işimdə işləyib ailəmi uşaqlarımı saxlamaq istəyirəm.

Bənzər yazılar

Back to top button