CəmiyyətGündəm

AzTV-nin qazilərlə bağlı bu reportajı müzakirələrə səbəb oldu – VIDEO

Xəbər verdiyimiz kimi, ötən gün – iyun ayının 2-də bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında aksiya keçirib. Qazilərin onlara təyin olunan əlillik dərəcəsi ilə bağlı keçirdikləri aksiyanın sosial şəbəkələrdə yayılan kadrları ölkdə gündəmə çevrilib. Belə ki, onlara düzgün əlillik dərəcəsinin təyin edilmədiyini iddia edən Vətən müharibəsi iştirakçılarından bəziləri əsəblərini cilovlaya bilməyib və Nazirliyin qəbul bölməsinin qapısını sındıraraq binaya daxil olublar. Bu zaman da bina daxilində Nazirlik əməkdaşları ilə qazilər arasında mübahisələr yaşanıb və qazilərdən biri huşunu itirərək qıcolma keçirib.

Yeniavaz.com xəbər verir ki, sözügedən hadisə ilə bağlı Azərbaycan Televiziyasının (AzTV) hazırladığı reportaj müzakirələrə səbəb olub.

Belə ki, televiziyanın “Qazi adından sui-istifadə: müqəddəs ada ləkə gətirmək” sərlövhəli reportajı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Aksiyada iştirak edən qazilərdən sadəcə ikisi haqqında reportajda məlumatın dərc olunması (onlara göstərilən sosial yardımlar və sağlamlıq vəziyyətinin əlilik təyinatına əsas verməməsi), digərlərinin diqqətə alınmaması istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Sözügedən reportajı təqdim edirik:

Bənzər yazılar

Back to top button