Siyasət

Paşinyanın müavini “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” demədi… – VİDEO

Dünən axşam Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın növbəti görüşü üçün Moskvaya yola düşüb.

AzToday.az moderator.az-a istinadla xəbər verir ki, “News.am”-ın yaydığı məlumata görə, Paşinyanın müavini Rusiya paytaxtına yola düşməzdən az əvvəl hava limanında jurnalistlərlə yanaşı, “Hayastan” blokunun bir neçə deputatı, o cümlədən Aqesa Xamoyan, Areqnaz Manukyan, Anna Qriqoryan, Kristine Vardanyanın suallarıyla üzləşib.

Onlar Moskvaya gedən Mqer Qriqoryandan nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun görüşünə “Qarabağ heç bir statusda Azərbaycanın tərkib hissəsi ola bilməz” “qırmızı xətti” ilə gedib-getməməsi haqda suala cavab verməsini tələb ediblər.

“Bu danışıqlarda bu məsələ, ümumiyyətlə, müzakirə olunmur”, -deyə M.Qriqoryan rusiyayönümlü müxalifətçiılərin sualından yayına bilib.

Xatırladaq ki, Azərbaycan tərəfdən sözügedən komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.

Bənzər yazılar

Back to top button