Gündəm

Separatçıların Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bənzər yazılar

Back to top button