HadisəManşet

Pentensiar Xidmət 46 min manatlıq tender keçirib – Qalib ötən il avtomobil oğurluğuna görə saxlanılıb?

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mantı LM Group” MMC (VÖEN- 1505345531) olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən “Mantı LM Group” MMC Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında və 11 saylı cəzaçəkmə müəssisəsində abadlaşdırma işləri görəcək və görülən işlərin qarşılığında 46 min 191 manat alacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda “Mantı LM Group” MMC -nin tender müsabiqəsindən (elan 31.05.2021-ci ildə açıqlanıb) cəmi 3 ay əvvəl – 27.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə cəmi 2 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Nərimanov rayonu, E.İsakzadə, ev 10/8-də yerləşən şirkətin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.
Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, təxminən eyni tarixdə, fərqi ünvanlarda Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb.

Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi şirkətlər bunlardı:

Şirkətin adı VÖENİ-i Hüquqi ünvanı Nizamnamə kapitalı Qeydiyyat tarixi
“MANTI LM GROUP” 1505345531 NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 27 Yanvar 2021
“MADAGAR RF” 1306982751 YASAMAL RAYONU, ALATAVA 1 ev.145 2 manat 27 Yanvar 2021
“SEMRA SNG” 1405407581 NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV 2 MK ev.9 m.4. 2 manat 27 Yanvar 2021
“LALENDE FM GROUP” 2006559021 XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, ELÇİN ƏLİYEV ev.4 2 manat 27 Yanvar 2021
“NGN GROUP” 1006848981 BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, Z.QƏMBƏROV DÖN. ev.2 m.2. 2 manat 28 Yanvar 2021

Rzaquliyev İrşad Elham oğlu ilə bağlı diqqət çəkən başqa bir məqam isə 2020-ci ildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb. Açıqlanan rəsmi məlumatda qeyd olunub ki, Rzaquliyev İrşad Elham oğlu Babayev Qəşəm Əliqəmən oğluna məxsus avtomobili Yəhya Bakuvi küçəsi 5 ünvanında oğurlayıb. Rzaquliyev İrşad Elham oğlu avtomobil ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Onun üzərindən narkotik maddə sayılan kakos aşkar edilib. Məlum olub ki, saxlanılan şəxs əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb. Tamah ona güc gəldiyi üçün avtomobili oğurlayıb. O avtomobili oğurlamayacağını sadəcə içşərisində maqnitafonu satıb özü üçün narkotik vasitə alacağını bildirib. Maqnitafonu Sabunçu bazarında satan şəxs özü üçün narkotik vasitədə əldə edib. Lakin keçirilən əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Tenderin qalibi olan olan Rzaquliyev İrşad Elham oğlu ilə narkotik və avtomobil oğurluğuna görə saxlanılan Rzaquliyev İrşad Elham oğlunun eyni şəxs olub-olmadığını öyrənmək üçün Pentensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqı saxladıq. Qurum rəsmisi bu bardə onda heç bir məlumatın olmadığını bildirməklə kifayətləndi. Pentensiar Xidmətdə tenderlərin keçirilməsinə məsul olan əməkdaşı isə məsələ ilə bağlı açıqlma verəcəklərini bildirsə də heç bir bir açıqlma verilmədi.

Yeri gəlmişkən onu da qeyd edək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin qeydiyatda olduğu ünvanda qısa müddət ərzində bir-neçə şirkət də qeydiyyata alınıb:

Şirkətin adı Qanuni Təmsilçisi Hüquqi ünvanı Nizamnamə kapitalı Qeydiyyat tarixi
“MANTI LM GROUP” Rzaquliyev İrşad Elham NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 27 Yanvar 2021
“KODAG” Vəliyev Şahin Nazim NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 1 Dekabr 2020
“NOEL MK” Məmmədov Coşqun Mayıl NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 2 Dekabr 2020
“ZEFER 2020” Məmmədov Coşqun Mayıl NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 4 Dekabr 2020
“LAÇIN ZƏFƏR” Dadaşov Tural Balaqardaş NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 7 Dekabr 2020
“LİMPART 2021” Salmanov Elvin Süleyman NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 14 Dekabr 2020
“ADOBE” Zeynalov Mehman Mürsəl NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 14 Dekabr 2020
“ŞUŞA HOLDİNG LMN” Qurbanov Vüqar Süleyman NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 11 Yanvar 2021

Bənzər yazılar

Back to top button