Bizim seçimİqtisadiyyat

Etibar Kərimov: “Asəf Məmmədovun biznesindən məlumatım yoxdur” (TƏKZİB)

AzToday.az saytında dərc olunan “Naxçıvan gömrüyünün keçmiş şefinin yeni əmlakları üzə çıxıb” başlıqlı xəbərdə adı hallanan Etibar Kərimov barəsində səslənən iddiaların doğru olmadığını bildirir.

Redaksiyamızla əlaqə saxlayan Etibar Kərimov 2002-ci ildən Naxçıvan MR Gömrük Komitəsindəki işindən öz ərizəmlə işdən ayrıldığını dedi:

“15 il komitənin sabiq sədri Asəf Məmmədovla heç bir əlaqəm olmayıb. 2017-ci ildə Naxçıvana gedəndə Asəf Məmmədovla gedib görüşmüşəm. İndi də salam-əleykimiz var. Amma onun biznesi ilə hər hansı əlaqəm yoxdur və bununla bağlı heç bir məlumatım da yoxdur. Ona görə barəmdə yazdığınız fikirlər əsassızdır və həqiqəti əks etdirmir”.

 

Bənzər yazılar

Back to top button