İdman

Ronaldodan yeni paylaşım

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Millətlər Liqasında İspaniya ilə oyundan (1:1) sonra öz İnstaqram hesabında paylaşım edib.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu bu sözləri yazıb:

“Millətlər Liqasını ilk dəfə biz qazanmışıq və bu turnir komandamızla əbədi bağlı olacaq. Bu mövsümə İspaniyada vacib heç-heçə ilə başlamaq ambisiyalarımızı canlandırır. Həmişə olduğu kimi, Portuqaliya üçün qələbə bizi hərəkətə gətirən və birləşdirən şeydir”.

Qeyd edək ki, Ronaldo dünənki matçın 62-ci dəqiqəsində meydana daxil olub. O, ardıcıl 5 oyundur ki, millinin heyətində qol vurmur.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button