İdman

Qvardiola “Mançester Siti”dən gedir

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola postunu tərk etmək istəyir.

Fanat.az “Football Insider”ə istinadən xəbər verir ki, müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq 53 yaşlı mütəxəssis məşqçilik karyerasına fasilə vermək istəyir.

Mançester təmsilçisi 2016-cı ildən indiki postunda olan Qvardiolanın rəhbərliyi altında 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu və Superkubokunu qazanıb. Ötən mövsüm isə komanda tarixində ilk dəfə UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.

Bənzər yazılar

Back to top button