GündəmHadisə

Abdin Fərzəliyev Şahlar Həsənovu niyə işdən çıxartmır? – FOTOLAR

Abşeron rayonunun Masazır qəsəbəsi son beş ildə ən çox qanunsuz yaşayış evləri və obeyktləri tikilən ərazilərdən biridir. Keçmiş icra başçısı İradə Gülməmmədovanın vaxtında qəsəbədə tikinti bumu demək olar ki, özünün ən pik nöqtəsinə çatmışdı. Hazırda tikinti matreallarının bahalaşması və alıcılıq qabiliyyətinin düşməsi səbəbindən Masazırda tikinti sahəsində azalma müşahidə olunur. Buna baxmayaraq, yenə də qəsəbənin müxtəlif ərazilərində dayanmadan tikinti işləri davam etdirilir. Mətbuatda dəfələrlə Masazır qəsəbəsində ev tikintisi ilə məşğul olan maklerlər tərəfindən həyata keçirilən sənədsiz tikintilərlə bağlı məlumatlar dərc olunub. Ancaq sənədsiz evlərin tikintisinə icazə verən Abşeron rayon İcra Hakimiyyəti bu məlumatlara indiyədək münasibət bildirməyib.

AzFakt.com xəbər verir ki, hazırda Abşeron rayonunun müxtəlif yerlərində, həmçinin Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir. Bu qanunsuz tikililirən başında isə rayon İcra Hakimiyyəti və onun yerlərdəki icra nümyəndələri dayanır.

Abdin Fərzəliyev Abşeron icra başçısı təyin edildikdən sonra rayonun qəsəbələrindəki bir çox ərazi icra nümayəndəsi dəyişdirilsə də, Masazır icra nümayəndəsi Şahlar Həsənov hələ də öz işini davam etdirir.

Bildirək ki, Şahlar Həsənovun adı ölkə mətbuatına yad deyil. Həsənov vaxtı ilə Binəqədi rayonunun Biləcəri qəsəbə icra nümayəndəsinin müavini işləyib. Müsbət xarakterizə olunmayıb. Daha sonra Abşeron RİH başçısının Məmmədli qəsəbəsi (Məhəmmədi kəndi) üzrə nümayəndəsi vəzifəsinə təyinat alıb. Üç kəndi birləşdirən Məmmədli ərazi vahidliyində əsas söz sahibi olan Şahlar Həsənovun əsas işinin torpaq alverindən ibarət olması ilə bağlı ölkə mətbuatında dəfələrlə məlumatlar dərc edilib. Qəsəbəyə icra nümayəndəsi təyin edildikdən sonra da həmin qayda ilə torpaq satmaq, sənədsiz ev, obyekt tikintisinə “icazə” alması işini davam etdirib.

Şahlar Həsənovun keçmiş icra başçısı İradə Gülməmmədovun yaxın kadrlarından biri hesab olunur. Çünki onun Masazırda sənədsiz ev, obyekt tikintisi ilə bağlı “icazə”ni icra başçısının özü ilə həll etdiyi deyilirdi.

Abdin Fərzəlieyev Abşeron icra başçısı təyin ediləndə ilk işdən çıxaracağı icra nümyəndələrindən birinin məhz Şahlar Həsənov olacağı deyilirdi. Ancaq başçı bir çox icra nümayəndəsi ilə vidalaşsa da, Şahlar Həsənov kreslosunda qalmaqda və köhnə “işini” davam etdirməkdədir.

Məlumata görə, Şahlar Həsənovun Masazır icra nümayəndəsi vəzifəsində qalmasında Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov önəmli rol oynayıb. Belə ki, Zakir Fərəcovun Şahlar Həsənovdan ötrü Abdin Fərzəliyevdən xahiş etdiyi deyilir.

Qeyd edək ki, AzFakt.com saytı bir müddət öncə Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda belə sənədsiz evlərin tikintisinin açıq şəkildə davam etdirməsi ilə bağlı oxuculara məlumat vermişdi. Həmin məlumatda qeyd etmişdik ki, bu tikililər qəsəbədə ev alqı-satqısı biznesi ilə məşğul olan maklerlər tərəfindən həyata keçirilir. Sənədsiz evlərin tikintisinə qəsəbə icra nümayəndəsi Şahlar Həsənovun nəzarət etdiyini və ev biznesi ilə məşğul olan maklerlərlə İcra Hakimiyyəti arasında “icazə məsələsini” Şahlar Həsənovun həyata keçirdiyini bildirmişdik.

Saytımıza verilən məlumatda həmçinin qeyd edilirdi ki, hazırda Abşeron rayonunda və Masazır qəsəbəsində sənədsiz 50 kvadrat metrə qədər olan evlərin tikintisi üçün qiymət 2500 manat, 100 kvadrat metrə qədər 3000 min manata qaldırılıb. 2 mərtəbəli evlərin tikintisinə görə isə 4500 manat tələb olunur. Sənədsiz evlərin Abşeron rayonu ərazisində tikintisinə icazə işinə başçısının ən yaxın adamı kimi tanınan, Abşeron icra hakimiyyətinin işçisi Nurlan Həsənovun cavabdeh şəxs olduğunu da qeyd etmişdik.

Bənzər yazılar

Back to top button