İdman

“Bayern Münhen”ə “yox” dedi, “Borussiya”ya qoşulur

“Frayburq”un müdafiəçisi Niko Şlotterbek yay transfer pəncərəsində böyük ehtimalla, iş yerini dəyişəcək.

Fanat.az “Bild”ə istinadən xəbər verir ki, 22 yaşlı oyunçu karyerasını Dortmund “Borussiya”sında davam etdirməyə yaxındır.

“Borussiya” gənc və perspektivli Nikoya görə qarşı tərəfə 20 milyon avro ödəməyi planlaşdırır. Keçid reallaşsa, futbolçu Dortmund təmsilçisində illik 6 milyon avro əməkhaqqı alacaq.

Xəbərə görə, Şlotterbek “Bayern Münhen”in daha cəlbedici təklifinə rəğmən, dortmundluların sıralarına qoşulmağı üstün tutub.

Bənzər yazılar

Back to top button