DünyaManşet

Zelenski nə Dudayev ola bildi, nə də İlham Əliyev – Kiyevdə konsert və festival əlindən boş gün yoxdu (FOTO)

O, “Animal Planet” də göstərilən süjetlərdə olur e: Şir və ya leopard, tutduğu ceyran balasını yeyib- parçalamır, onunla “siçan-pişik” oynayır, əzizləyir, məzələnir. Bax Rusiya ilə Ukrayna arasında gedən müharibə də buna bənzəyir. Belə də müharibəmi olur a kişilər? Biz də müharibə eləmişik, biz də müharibələr görmüşük də. Rus, çeçenlə savaşanda Putin dedi ki, ” harda qarşınıza çıxsalar, “sortir”də (tualetdə) olsalar belə məhv edin”. Öz növbəsində çeçenlər də doğum evi, məktəb, konsert salonu deyib məhəl qoymadı; gündə bir terror, diversiya, partlayış, girov götürmə əməliyyatı və.s Yəqin ki, Beslan, Budyonovsk, Buynaksk, Nord-ost və bu qəbildən olanlarıi unutmayıbsız. Çeçenlər rusların “şum” əməliyyatlarına cavab olaraq ən amansız üsullara əl atırdı. Bax əsl müharibə də o idi, bu “evcik-evcik” oyunu yox. 44 günlük müharibədə də ermənilər hər cür təxribata əl atdı; Gəncə, Tərtər, Bərdə bombalandı. Mingəçevir su anbarı raket atəşinə tutuldu. Hələ 1ci Qarabağ müharibəsini xatırlayın. Neçə-neçə metro və avtobus partlayışı, neçə-neçə soyqırım həyata keçirildi. Hər iki müharibədə neçə-neçə qəhrəmanımız, tarix, səlnamə yazdı. Bəs hanı Ukraynanın Mübarizi, Ramili, Poladı, Tehranı, Cəbrayıl Dövlətzadələri? Hanı Ukraynanın Basayevi, Raduyevi, Mashadovu, Yandarbiyevi, Doku Umarovu? 100 gün keçib, ortada təslim olan “azovçu” ların biabırçı görüntülərindən başqa bir şey yox. Ermənilər kimi ukraynalılar da, yalandan olsa belə, bircə qəhrəman uydurub ortaya çıxara bilmədilər. Müharibə ərəfəsi bizdəki Xalq birliyini, “Çağırış məntəqələri” qarşısındakı kalabalığı yadınıza salın. Siz Moskva və ya Kiyevdə anoloji mənzərənin şahidi oldunuzmu heç? Sanki cəbhəyə, Vətən-torpaq sevdalıları deyil, rusa nifrət üzərində köklənmiş millətçi kəsim gedib. Rusiya tərəfdən döyüşənlər isə ya yüksək qonorar əldə etmək istəyənlər, ya da zorən səfərbər olunanlardı.

****
Nə qədər tərifləyib, şişirtsələr də Zelenskiy nə Dudayev ola bildi, nə də İlham Əliyev. Bu müharibədə Azərbaycan öz siyasi maraqlarını risq altına atıb Ukrayna üçün əlindən gələni etdi. Ortalıqda ukraynalıların əldə etdiyi az-çox uğurlar da türklərin “Bayraqdar”ı hesabına oldu. Əvəzində Zelenskinin bizə və Türkiyəyə başından yekə, qədirbilməz münasibəti sərgiləndi. Və bu da hələ Ukraynanın basqı və məğlub durumu fonunda baş verdi ha. Gör idi Zelenski bu müharibədən qalib bir sərkərdə kimi çıxsaydı nələr deyərdi. Və bunu da Qarabağ savaşı dövründə bir yaralı barmağınıza dərman olmayan birisi söylədi. Bunu da unutmayın. Ona görə də bu gün ortalıqda yorğun, məğlub, taqətdən düşmüş Ukrayna və onun bədbinliyə qapılmış prezidenti var. İndiyə qədər heç bir xalq və dövlətə göstərilməmiş maddi-mənəvi dəstəyə baxmayaraq Ukrayna ümidləri doğrultmadı. Bu faktdır. O da faktdır ki, Rusiya bütün dünyanın ona qarşı yönəltdiyi sanksiya ” sunami”sindən qalib çıxdı. İndi qəddini düzəldib pəncəsi altına aldığı, girişdə qeyd etdiyim o ceyran balası ilə sanki məzələnir.

*****

Müharibənin ilk günlərində əksəriyyət deyirdi ki, guya Rusiya Ukraynanı “bliskrik” (sürətli müharibə) ilə məğlub etmək xülyasındaydı və buna nail olmadı. Lap siz deyən olsun. Bəs ” ay, Rusiya sanksiyalara davam gətirməyib, uzağı bir həftəyə çökəcək”, ay, nə bilim “Ukrayna 10 ca gün də tab gətirsə artıq qələbə onundur” kimi tuftalogiyaları söyləyənlər kimlər idi? Hardasız? Hardasız, Ukraynaya görə ukraynalıdan çox təşviş və həyacan keçirən milli ura-patriotlar? Səsiniz gəlmir. Ona görə səsiniz gəlmir ki, sanksiyalar Rusiyanı laxlada bilmədi. Rus rublu dollara nisbətdə öz dəyərini yenidən bərpa etdi. İndi həmin ona sanksiya tətbiq etmiş Avropaya yenə də “od” qiymətinə neft, qaz, buğda satır. Və üzü payıza doğru bu prosesin sürətlənəcəyi şəksizdir. Artıq 3 ay əvvəl sanksiya bumuna qoşulmuş iri şirkətlər öz fəaliyyətlərini bərpa etməyə başlayıb. “Macdonals” bunu rəsmi bəyan edib. Rusiya kimi ən iri bazarı əldən verməmək üçün yəqin ki, tezliklə “Coca Cola”, “Pepsi” və başqaları da geri dönəcək. Heç kim öz milyonlarını “xaxol”a görə havaya sovurası deyil. Həm də ki, nə vaxta qədər?

****

Artıq Avropa insanı da onun üçün tamamilə dəxilsiz olan bu müharibədən bıkıb. O alışdığı lüks və komfortlu həyatını rusa, ukraynalıya görə pozası deyil. Ona görə də “həvəsdi- bəsdi” deyib, artıq 3 ay əvvəl sığınacaq verdiyi qaçqınlara qapısını göstərir. Çexiya, Bolqarıstan, Almaniya və İspaniyada bu aşkar şəkildə edilir. Çünki müharibə ərəfəsində qaçqınlar əsasən o vaxt fəaliyyət göstərməyən kurort və sanatoriyalarda yerləşdirilmişdi. İndi mövsüm başlayıb, və heç kim ( xüsusən də soyuqqanlı və xəsis avropalılar) qonşusuna görə çırasız qalmaq fikrində deyil. Bəzi ukraynalı qaçqınların Avropa şəhərlərində sərgilədikləri qeyri-etik davranışlar da əksər hallarda xəbərlər proqramlarının az qala manşetinə çevrilir. Demək olar ki, əksər şəhərlərdə bir neçə ay bundan əvvəl dəstək məqsədiylə asılmış mavi- sarı rəngli bayraqlar yığışdırılıb. Əvvəlki kor Ukrayna sevgisindən əsər- əlamət qalmayıb. Yerli sakinlərin baxışları sanki: “daha yetər, əlimizdən gələn qədər köməklik etdik, sizi nə vaxta qədər bəsləməliyik ki? Çıxın gedin!” deyir. Bir sıra Avropa və dünya dövlətlərinin bu məsələdə sərgilədiyi sərt mövqelərdə yumşalmalar da müşahidə olunmaqdadır. Artıq münaqişənin ilk vaxtlarında maksimum neytrallıq nümayiş etdirməyə çalışan Çin belə Rusiyaya yanaşmada fərqli münasibət sərgiləməyə başlayıb. İki gün əvvəl ölkənin rəhbəri Si Cinpinin öz köməkçilərinə “Rusiyaya dəstək paketi” hazırlamaq barədə göstərişi verməsi də buna əyani sübutdu.

****

Müharibə dövründə Ukrayna cəmiyyətinin sərgilədiyi davranış da təəccüb doğurur. Siz heç ağlınızın ucundan belə keçirə bilərdiniz ki, 44 günlük müharibə dövründə Bakıda hansısa konsert və ya futbol oyunu keçirilə? Bizlər heç iki ay sonra da nə yeni ili qeyd etdik, nə də 4 ay sonra Novruzu. Halbuki düşmən üzərində möhtəşəm qələbə qazanmışdıq. Amma Ukrayna, müharibənin oğlan çağında musiqi yarışmaları da keçirir, futbol da oynayır. Girin Google-da siz də şahid olun. Yay aylarında paytaxt Kiyevin ən iri saraylarında konsert və festival əlindən boş gün yoxdu. Belə müharibəmi olur, a kişilər? 2014-də- Rus, Krımı qamarlayanda, Cəmaləni Evrovision qalibi edib 2015 üçün Kiyevi ev sahibi etdilər. İndi rus bir tərəfdən işğal edə-edə gəlir. Avropa bunları qalib edib yenə də növbəti ilə yarışmanın sahibi etdi. Ukraynalılar futbol keyflərindən də qalmır. Şotlandiya millisi ilə oyunda vurulan “lipa” qollar sayəsində əldə edilən qələbədən sonra payızda Qətərdə keçirilən Dünya çempionatında Ukrayna millisindən də “qalib” düzəldiləcəyi qoxusu gəlir. İndi deyin: belə müharibəmi olur? Olmur, vallah olmur…

Etibar Hüseynov

Bənzər yazılar

Back to top button