Digər

Üçtərəfli işçi qrup Ermənistan ərazisindən Naxçıvana gedən avtomobil yolunun marşrutlarını müzakirə edib

İyunun 3-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun 10-cu iclası keçirilib.

Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçuk “sərhəd, gömrük və digər nəzarət növləri, habelə Azərbaycan və Ermənistan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar.” Bu barədə Rusiya hökumətinin mesajında ​​deyilir.

“Həmçinin görüş zamanı Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan Respublikası ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında regionda nəqliyyat əlaqələrinin açınması ilə bağlı razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər”, – məlumatda deyilir. (Turan)

Bənzər yazılar

Back to top button