İdman

“Espanyol”un ulduzu Madrid yolunda

“Atletiko Madrid” “Espanyol”un hücumçusu Raul de Toması heyətinə qatmaqda maraqlıdır.

Fanat.az AS nəşrinə istinadən xəbər verir ki, Barselona təmsilçisi 27 yaşlı ispan forvardı satmağın əleyhinə deyil.

Belə ki, “Espanyol”la olan müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq Raul de Tomasın anlaşmasında xüsusi bənd var. Həmin bəndə əsasən, hücumçunu transfer etmək istəyən klub “Espanyol”a 75 milyon avro təzminat ödəməlidir.

Maraqlıdır ki, “Transfermarkt” portalı de Tomasın transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Bənzər yazılar

Back to top button