GündəmHadisəManşet

Nəcməddin Sadıkovun keçmiş köməkçisi həbs edildi – FOTO

Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov həbs edilib.

AzToday.az APA-ya istinadla xəbər verir ki, Elxan Məcidov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

O, külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsində Elxan Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, ​Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsi, qanunsuz aylığa buraxılmasını təmin etməkdə təqsirli bilinir.

Onu da qeyd edək ki, Elxan Məcidov əvvəllər Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində çalışıb.

Bənzər yazılar

Back to top button