İdman

“Arsenal”dan səs-küylü transfer – “Real”ın futbolçusuna elçi düşdü

“Real Madrid”də çıxış edən fransalı yarımmüdafiəçi Orelyen Tçuameni İngiltərə Premyer Liqasında oynamağa yaxındır.

Fanat.az xəbər verir ki, informasiyanı insayder Əkrəm Konur sosial şəbəkə hesabında paylaşaraq yayıb.

Mənbənin məlumatına görə, yarımmüdafiəçinin xidmətində London “Arsenal”ı maraqlanır. “Topçular”ın rəhbərliyi futbolçunun transferi ilə bağlı qarşı tərəflə danışıqlara başlamağı planlaşdırır.

23 yaşlı müdafiəçi yarımmüdafiəçi 2022-ci ilin yayından “Kral klubu”nun oyunçusudur. Tərəflər arasında hazırki müqavilənin müddəti 2028-ci il iyunun sonunda başa çatacaq. Orelyenin transfer qiyməti 90 milyon avro olaraq qiymətləndirilir.

Bənzər yazılar

Back to top button