İqtisadiyyat

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı proqnoz

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov neftin qiymətləri ilə bağlı proqnozunu bölüşüb.

Onun sözlərinə görə, 2022-ci ilədək qlobal bazar istehlakın 100 milyon barelinə qayıdacaq.

“Qiymətlərə gəlincə, kifayət qədər təmkinli bir proqnozum var. Hələ bir bareli 50 dollar olan orta müddətli qiymətdən davam edirik”, – deyə o Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Rossiya-24”-ə müsahibəsində bildirib.

Ələkbərov qeyd edib ki, neft bazarında vəziyyət yaxşılaşır:

“Neftin qiyməti artır, benzin istehlakı artır və təyyarə yanacağı istehlakı artmağa başlayıb”.

O hesab edir ki, hazırki vəziyyət “təmkinli nikbinliyə” səbəbdir:

“Hər-halda ümid edirik ki, əhalinin peyvənd edilməsi nəticə verəcək, yenidən insanlar normal həyata, enerji istehlakı 2019-cu ildəki vəziyyətinə qayıdacaq”. /Oxu.az

Bənzər yazılar

Back to top button