Hadisə

Paytaxtda güclü külək nəticəsində bir neçə avtomobil əzildi

Bakıda güclü küləyin törətdiyi fəsadlar nəticəsində bir neçə avtomobil əzilib.

AzToday.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən gündən müşayiət edilən küləkli hava şəraiti paytaxtın bir neçə rayonunda fəsadlara yol açıb.

Belə ki, Nizami rayonu B.Nuriyev küçəsi, ev 67 A-nın üz örtüyünün bir parçası güclü külək səbəbindən qoparaq, İbrahim Alışova məxsus “Şkoda” markalı avtomobilin üzərinə düşərək şüşəsini sındırıb.

Bundan başqa, küləkli hava səbəbindən Yasamal rayonu ərazisində də analoji hal olub. Rayonun Ə.Abdullayev küçəsi, 4 ünvanında dəmir hasar aşaraq, Aqil Abdullayeva məxsus BMW markalı avtomobilin ön hissəsini əzib.

Daha bir hadisə isə Xətai rayonunda qeydə alınıb. Rayonun R.Quliyev küçəsində Bakı şəhər sakini Murad Hüseynliyə məxsus yeni tikilinin 300 metrlik dam örtüyü Sərxan Abdullayeva məxsus “Qaz 24” markalı avtomobilin üzərinə düşərək əzib.

Qeydə alınan üç hadisə zamanı xəsarət alanlar olmayıb.

Bənzər yazılar

Back to top button