Dünya

Lavrovun təyyarəsi üçün hava məkanının bağlandığı təsdiqləndi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir neçə ölkənin hava məkanını nazir Sergey Lavrovun təyyarəsi üçün bağladığını təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə İtaliyanın “La7” kanalında “Not Arena” tok-şousunun efirində bildirib.

“Siz kanalların açılmasından danışırsınız, biz ünsiyyət imkanlarından istifadə edəcəyik və cəmi bir saat əvvəl Serbiyanın ətraf ölkələri Sergey Lavrovun Serbiyaya getməli olan təyyarəsi üçün təbii hava kanalını bağlayıblar”, – Zaxarova qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Serbiyanın “Vecernje novosti” qəzeti yazmışdı ki, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Lavrovun Serbiyaya getməli olan təyyarəsi üçün hava dəhlizi verməkdən imtina edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button