Cəmiyyət

İyulda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda iyul ayında ardıcıl 4 qeyri-iş günü olacaq.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9 və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilərək 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.

Nəticə etibarilə, 9, 10, 11, 12 iyul 2022-ci il tarixləri Azərbaycanda qeyri-iş günü olacaq.

Bənzər yazılar

Back to top button