İdman

Messi “Barselona”nın bazasına 1 saat tez getdi

“Barselona”nın futbolçusu Lionel Messi məşq üçün klubun bazasına gedib.

Qol.az xəbər verir ki, bu barədə “RAC1” məlumat yayıb. Dünən Kataloniya klubu üçün koronavirus testindən evində keçən argentinalı hücumçu bu gün məşqə gələn ilk oyunçu olub. Onun məşq üçün bazaya 1 saat tez gəldiyi vurğulanıb. “Barselona”nın məşqinin yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30) başlaması nəzərdə tutulub.

Xatırladaq ki, Messi bir neçə gün əvvəl “Barselona”dan ayrılmaq istədiyini və buna görə məşqlərə qatılmayacağını bildirmişdi. Ancaq o, klubunu məhkəməyə verməmək üçün fikrini dəyişdiyini açıqlayıb.

Bənzər yazılar

Back to top button