Dünya

Atatürkə lənət oxuyan Ərdoğanın imamına kəskin cavab verildi

Əli Ərbaşın Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə lənət oxuması siyasi partiyalar tərəfindən kəskin tənqid edilib

Məlum olduğu, kimi, Ayasofyada cümə xütbəsini oxuyarkən fəthin simvolu olan qılıncla minbərə çıxan Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Ərbaş, Atatürkün imzaladığı 1934 Nazirlər Şurasının qərarına istinad edərək deyib: “Fatih Sultan Məhmət Xan bu yeri qiyamət gününə qədər məscid olaraq qalmasına vəqf edib. Vəqf ediləni pozan lənətə düçar olur”.

AzToday.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əli Ərbaşın Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə lənət oxuması siyasi partiyalar tərəfindən kəskin tənqid edilib.

Əli Ərbaşın sözlərinə reaksiya verən Cümhuriyyət Xalq Partiyasının fraksiya rəhbəri Özgür Özəl Diyanət İşləri İdarəsinin Mustafa Kamal Atatürk tərəfindən qurulduğunu xatırladıb: “Əli Ərbaş, and olsun ki, o kresloda oturub Atatürkə lənət oturmağının əvəzini ödəyəcəksən”.

İYİ Partiyanın Məclis sədrinin müavini Lütfü Türkkan isə Ə.Ərbaşa reaksiyasını belə ifadə edib: “Diyanət İşləri İdarəsinin rəhbəri Əli Ərbaş, bu gün Atatürkü lənətləyərək kiməsə xoş gələ bilər. Bundan böyük məmnunluq hissi keçirə bilər. Ancaq unutmaq lazım deyil ki, bir gün bunun siyasi və hüquqi nəticələri ola bilər”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button