Hadisə

Nazirliklə xəstəxana arasında qalmaqal – FOTO

Bərdə rayon Prokurorluğunun ağacların kəsilməsi ilə bağlı yaydığı məlumata Bərdə rayon mərkəzi xəstəxanası münasibət bildirib.

Bərdə rayon mərkəzi xəstəxanasından bildirilib ki, ötən ilin noyabr ayında xəstəxananın həyətində abadlıq və iməcilik işləri aparılaraq xəstəxananın həyəti kol kosdan və yabanı bitkilərdən təmizlənib.

Ərazidə bir neçə ağacda isə budama işləri aparılıb ki, buna da səbəb budaqların yüksək gərginlikli elektrik xətlərinə dəyməsi olub.

Uzun illərdir ki, ağaclarda budama işi aparılmadığından elektrik xətlərində yağışlı və küləkli havada tez tez açılma və qırılma baş verirdi. Bu da xəstəxanaya verilen elektrik enerjisində uzun müddətli fasilələr yaradırdı.

Rayon mərkəzi xəstəxanasının şöbə müdiri Yəhya Qasımov qeyd edib ki, yaxın zamanlarda tibb müəssisənin həyətində heç bir ağac kəsilməyib: “Əksinə son bir neçə ildə burada çoxlu sayda müxtəlif növ ağac və gül kolları əkilərək yaxşılıq sahələri genişləndirilib. Xəstəxananın həyətində kəsilmiş bir neçə ağac kötüyü var ki, həmin ağaclarda 10 ildən çoxdur ki, kəsilib”.

Qedye ddək ki, kəsilmiş şam ağacları iki il əvvəl qurduğu üçün ekologiya və təbii sərvətlər nazirliyinin xüsusi icazəsi əsasında kəsilib. Xəstəxanada iddia edir ki, nazirlik həmin ağacları şəkilini çəkərək prokurorluğa göndərib.

Bərdə rayon Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan 15 ədəd ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ədəd ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə araşdırma aparılır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Baku.ws

Bənzər yazılar

Back to top button