GündəmManşetSiyasət

Korpus komandirini istefa verməyə nə məcbur etdi… – Hərbi ekspert səbəbi açıqladı

Azərbaycan Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun komandiri, general-mayor Mübariz Rzayevin vəzifəsindən azad olunması barədə xəbər onu tanıyanlarda təəssüf hissi doğurub.

Sosial şəbəkələrdə generalla bağlı xəbərə rəy yazan keçmiş hərbçilər Ordunun layiqli bri komandir itirdiyini vurğulayıblar.

Mübariz Rzayevin istefasında təəssüflənənlər sırasında hərbi ekspert Ədalət Verdiyev də var.

“Heyif ki, dəyərli kadrları saga-sola xərcləyirik. Mübariz Rzayevi tanıyıram, bir yerdə Qazaxstanda oxumuşuq”,-deyən Ə.Verdiyev bildirib ki, general Quru Qoşunları komandanlığının ona qarşı münasibətə dözməyərək Ordudan istefa verib.

“Sadəcə bezdirdilər və o da dözməyib getdi”, – hərbi ekspert bildirib.

Generalla bağlı yayılan məlumata görə, o, Ordu sıralarından ehtiyata buraxılması üçün dəfələrlə raport yazıb. Və sonda istəyi nəzərə alınıb.

Qeyd edək ki, M.Rzayev Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.

M.Rzayev 44 günlük Vətən müharibəsindəki iştirakına görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı təyin olunmuşdu.

Bənzər yazılar

Back to top button