İqtisadiyyatManşet

Tender “mafiyası”na niyə “dur” deyən yoxdur? – Yeni faktlar

“Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.

Yeniavaz.com xəbər verir ki, dəyəri 17 min 324 manat olan 2 tender müsabiqəsinin qalibləri “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) və “Rn Corp 22” MMC (VÖEN – 1102636981) olub.

Məlumat üçün bildirək ki, hər iki şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalları 10 manat olan şirkətlərdən biri (“Rn Corp 22”) 20.06.2022-ci il, digəri  (“Smart 86 Corp”) isə 22.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

“Rn Corp 22” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu, “Smart 86 Corp” MMC-nin qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.

Bu iki şəxs qeyd olunan ünvanda qeydiyyatda olan daha bir-neçə şirkətə rəhbərlik edirlər. Məhərrəmov Rövşən Baladadaş oğlu “Orlondo Az” MMC-yə (VÖEN- 1102637081), Sultanova Vüsalə Vaqif qızı isə “Delta 10 LT” MMC (VÖEN-1102638281), “Yaşam 88 LT” MMC (VÖEN-1102638301), “SL 99 Corp” MMC (VÖEN – 1102638151) və

“Smart 86 Corp” MMC-yə (VÖEN – 1102638431) rəhbərlik edir.

Qeyd edək ki, bu şirkətlər də təsis olunduqadan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olublar.

Məsələn, “Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub. “Delta 10 LT” MMC isə AMEA-nın 16 min 584 manatlıq  tender müsabiqəsində qalib olub.

Məlumdur ki, cəmi bir ay əvvəl yaranan şirkətin təcrübəsi ola bilməz. “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələbinə görə tenderdə iştirak edən şirkətlərin müvafiq sahədə peşəkarlığı, təcrübəsinin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır.

Bu şirkətlərlə bağlı diqqət çəkən əsas məqamlardan, daha doğrusu şübhəli məqamlardan biri odur ki, başqa ünvanlarda da bənzər adlarda şirkətlər təsis olunub və bu şirkətlərdə əsasən tenderlərdə qalib olurlar.

Aşağdakı cədvəldə bənzər adlarda və fərqli ünvanlarda qeydı alınan şirkətlər verilib:

Şirkətin adı Ünvanı Qanuni təmsilçisi
“NEO ORLONDO LT” Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 Quliyev Fariz Fazil
“ORLONDO LT CORP” H.Q. Mustafayev, ev 11 Məhərrəmova Şəadət Rəsaəddin
“ORLONDO 05 CORP” Asif Məhərrəmov, ev 22A, m. 20 Talıblı Lamiyə Ədilxan
“ORLONDO 22 CORP” Ağa Nemətulla, ev 56, m. 105/135 Cəfərov Ülvi Şahin
“ORLONDO 86 LT” Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 Səfərov Ramel Salman
“ORLONDO AZ” Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 Məhərrəmov Rövşən Baladadaş
“ORLONDO N10 CORP” H.Q. Mustafayev, ev 11 İbrahimova Ruslan Hadi
“ORLONDO STAR LT” H.Q. Mustafayev, ev 11 Quliyev Nəriman Həsən
“ORLONDO STORM LT” H.Q. Mustafayev, ev 11 Mehrabov İlkin Tərlan
“OSLO-ORLONDO LT” Ağa Nemətulla, ev 56, m. 105/135 Əliyev Sərxan Vəli oğlu

Bu şirkətlərin qeydiyyatda olduğu ünvanlarda və digər ünvanlarda (ünvanların bəziləri saxtadır) qısa müddət ərzində bənzər adlarda və eyni şəxslərin rəhbərlik etdiyi yüzlərlə şirkət açılıb…

Bənzər yazılar

Back to top button