İdman

TFF Arda Turanın cəzasını azaltdı

Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi “Başakşehir”in futbolçusu Arda Turanın cəzasını azaldıb.

Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçunun 16 oyunluq cəzası 10 matça endirilib. İntizam Komitəsinin qəbul etdiyi 39 min cərimə isə qüvvədə qalıb.

Qeyd edək ki, Arda Turan Türkiyə Super Liqasının XXXII turunda “Sivasspor”la ev oyununda yan xətt hakiminə hücum edərək onu itələdiyi, hədələdiyi və təhqir etdiyi üçün ağır cəza alıb.

Bənzər yazılar

Back to top button