HadisəManşet

Elşad Abdullayevin oğlu Sarkisyanın qızına 4.5 milyon borc verdi – FOTOFAKT

Fransada yaşayan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin oğlunun Moskvada ermənilərlə əməkdaşlığı üzə çıxıb.

Bu haqda Azinform.az saytı xəbər yayıb. Xəbərə görə E. Abdullayevin oğlu Elşən Abdullayev Moskvada ikili vətəndaşlıq alıb. Hal-hazırda orada məskunlaşır və ailəsindən ayrı yaşayır. Elşad Abdullayevin oğlu evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub.

Həmçinin Elşən Abdullayev Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızı arasında notarial qaydada borc müqaviləsi imzalanıb. Müqaviləyə əsasən erməni qızına 4.5 milyon rus rublu civarında pul ödənib.

Pulun hansı məqsədlə ödəndiyi bəlli deyil.

Bənzər yazılar

Back to top button