Dünya

Solovyov efirdən qovulmasını tələb edənlərə cavab verdi

Jurnalist etikasını pozmaqda günahlandırılan ermənipərəst aparıcıya qarşı petisiya artıq 55 min nəfərdən çox insan tərəfindən imzalanıb

AzToday.az Rusiyanın “Vzqlyad” saytına istinadən xəbər verir ki, jurnalist, teleaparıcı Vladimir Solovyov İnternetdə “Roskomnadzor”a televiziya və radioda siyasi tok-şouların qadağan edilməsinin tələb edildiyi petisiya ünvanlanmasına cavab verib.

Qedy edək ki, petisiya populyar saytlardan biri olan “change.org”da yaradılıb. Müəlliflər aparıcını onun verilişlərində Rusiya cəmiyyətində “nifaq və düşmənçilik toxumu səpdiyini”, jurnalist etikasını kobud şəkildə pozduğunu və informasiyanı birtərəfli tədim edildiyini bildirirlər. Bundan əlavə, müəlliflər Solovyov özünü vətənpərvər kimi göstərsə də, “İtaliya vətəndaşlığını almağa çalışmaq”da şübhəli bilirlər.

Solovyov ona qarşı hərəkətə keçənlərə vacab olaraq petsiyaya və onun populyarlığına sakit yanadığını bildirib: “Petisiyanı yaradan “change.org” hər kəsin, o cümlədən xarici vətəndaşların da səs verə biləcəyi xarici resursdur. Bu isə ona heç bir etimad yaratmır. Bundan əlavə, televiziyada bir düymə ilə səs vermək adətdir. Heç kim səni izləməyə məcbur etmir”.

Qeyd edək ki, artıq “Roskomnadzor”a edilən müraciət 55 min nəfərdən çox insan tərəfindən imzalanıb.

Xatırladaq ki, bir çox çıxışları ilə ermənipərəstliyi ilə seçilən Vladimir Solovyov bir qədər əvvəl “Rusiya 1” kanalında ukraynalı ekspert Vyaçeslav Kovtunun öz proqramından qovmuşdu.

Bənzər yazılar

Back to top button