Siyasət

Çavuşoğlu və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş zamanı “3+3” əməkdaşlıq platformasını, eyni zamanda, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə etdik”.

AzToday.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəhbəri qeyd edib ki, Azərbaycanla Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması region üçün əhəmiyyətlidir.

Bənzər yazılar

Back to top button