Hadisə

“Grand Motors” məhkəmə qərarlarını niyə icra etmir?

“Grand Motors” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəmə qərarlarını icra etməkdən yayınır.

AzToday.az xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, MMC məhkəmə və digər orqanların qərarlarını icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

İnzibati qaydada hazırlanan iddia ərizəsinə baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Şikayətə hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmə baxışı iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

“Grand Motors” MMC 2005-ci ilin sentyabrında təsis edilib.

“Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Bənzər yazılar

Back to top button