İdman

“Real Madrid” xorvatı xorvatla əvəzləmək istəyir

“Real Madrid” hazırda “Renn”in şərəfini qoruyan xorvatiyalı yarımmüdafiəçi Lovro Mayeri heyətinə qatmağı planlaşdırır.

Fanat.az “Fichajes.com” saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə PSJ və “Layptsiq” klubları da maraqlanır.

Lovro Mayer mövsümü 11 qol və 13 məhsuldar ötürmə ilə başa vurub. Onun “Renn”lə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. “Real Madrid” Mayeri gələcəkdə Luka Modriçin davamçısı kimi görür.

Bənzər yazılar

Back to top button