Siyasət

Lavrov Ankaradan sonra Yerevanda Qarabağ məsələsini müzakirə edəcək

İyunun 9-da Rusiya XİN başçısı Sergey Lavrov Yerevana səfər edəcək. O, Ermənistanın XİN başçısı, baş naziri və prezidenti ilə danışıqlar aparacaq.

İkitərəfli məsələlərlə yanaşı “Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsi haqqında dərin fikir mübadiləsi aparılacaq”. Bu barədə RF XİN-in nümayəndəsi Mariya Zaxarova çərşənbə günü Moskvada keçirilən brifinqdə bildirib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan nizamlanması mövzusuna iyunun 8-də Ankarada Lavrovun Türkiyə XİN başçısı Mevlut Çavuşoğlu ilə danışıqları zamanı da toxunulub.

Danışıqların yekunlarına görə tərəflər münaqişənin həlli üçün görülən tədbirlərdən məmnunluqlarını ifadə ediblər.

Bənzər yazılar

Back to top button