Digər

Mehri Nəsibova: “Avropada kütləvi tədbirlər davamlı olmalıdır ki, rejimdə yumşalma davam eləsin”

“Aztoday.az” saytı müharciərətdə olan tədqiqatçı-jurnalist Mehri Nəsibova ilə mövcud ictimai-siyasi vəziyyətlə bağlı söhbətləşdik:

Mehri xanim Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti necə qiymətləndirsiniz?
– Mövcud rejim sahibləri, sistemli şəkildə söz və ifadə azadlığını, insan hüquqlarının və siyasi mübarizə metodlarını məhdudlaşıdır. Burada siyasi məqsəd alternativ fikiri siradan çixarmaq, tənqidi minumumə endirmək və qorxu xofu ilə daha rahat idarə etməyə nail olmaqdır. Son 3-4 ilin kütləvi həbsləri bunun bariz nümunəsidir. Bu gün müstəqil medianın fəaliyyəti üçün heç bir mümkün şərait qalmayib. Özəl tv-lər ancaq şou prorqamlar və höküməti tərifləmək, hakimiyyətin bir mənalı siyasətinin təbligaçısı kimi çixiş edirlər. Siyasətlə yanaşı ölkədə bütün sahələrdə monopaliya gücləndilir. İqtsiadi vəziyyətin agırlaşması siyasi və sosial narazılığı gücləndirir. İnsanlar gündəlik tələbatını belə ödəyə bilmir. Kiçik və orta sahibkarlıq yox səviyyəsindədir. Sahibkarlara qoyulan “taslar” və “şapkalar” həddi hüdudu yoxdur. Bütün sahələrdə problemlər var. Sabitlik sosial və iqtsiadi inkişaf planları ilə qorunmalı halda, ancaq hakimiyyət gücü həbslərə və təzyiqlərə verir. Hakimiyyət bu gərginliyi bir müddət qorxu ilə saxlaya bilər. Beynəlxalq təşkilatların və qərb dövlətlərinin tövsiyyələrinə rejim sahibləri aqressiv reaksiya göstərir. Bütün sahələrdəki gərginlik yaxşı nələrdənsə xəbər verimir.

Son dövlər Siz daxil olmaqla, ölkənin kifayət qədər ictimai-siyasi aktiv insanlara mühacirət ediblər. Siyasi partiaya təmsilçləri, QHT rəhbərləri və jurnalistlərin bir qismi də bura daxildir. Buna münasibətiniz necədir?
– 2013-ci illdən artıq hakimiyyət QHT-təmsilçilərinə və jurnalistlərə qarşı daha açıq mübarizəyə keçdi. Əvvələr QHT rəhblərinə və jurnalistlərə müxtəlif dolayı yollarla xəbərdarlıq edilirdisə, indi daha açıq müstəvidə daha qəddar formada edir. Saytlarin bloklanması, jurnalsitlərin həsbləri, QHT-lərə qarşı qaldırlmış qondarma cinayət işi bu vətəndaş cəmiyyətinin üzvlərinin və jurnalistlərin ölkəni tərk etməsinə gətirib çixardı. Əslində hakimiyyət düşünürdü ki, bunu etməklə bu insanları susduracaq və onların faəliyyətini məhdulaşdıracqdır. Amma tam əksi baş verdi, siyasi aktivlər, QHT təmçiləri və jurnalistlər Avropaya mühacirət etdikdən sonra Avropada kütləvi etirazlar yuksəldi. Bu akitvistlərin kütləvi şəkildə mühacirəti artıq Azərbaycanda mövcud rejimin avtoritar olmasını subut edən əsas şərt oldu. Bu gün mən daxil olmaqla, bütün ictimai-siyasi aktiv insanlar Avropada mövcud antedomkratik hakimiyyətə qarşı sistemli şəkildə fəaliyyət göstərir. Bu tədbirlər nəticəsində Avropa siyasətçiləri ilə yanaşı Avropa insanı da başa düşür ki, Azərbaycanda avtoritar hakimiyyət insanların, xüsusilə müstəqil düşüncə sahiblərinin başına hansı oyun gətirir. Biz bu təşəbbüsləri davam etdirməliyik. : Avropada kütləvi tədbirlər davamlı olmalıdır ki, rejimdə yumşalma davam eləsin.

Bənzər yazılar

Back to top button