Dünya

Bu kənddə onillər sonra ilk dəfə oğlan uşağı doğuldu – Anomal məkanlar

Polşanın 2010-cu ildən bəri yalnız qızların doğulduğu Meizze-Odzinsk kəndində ilk dəfə oğlan uşağı dünyaya gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Kənd 2019-cu ilin avqust ayında bələdiyyə başçısı Raymund Frişko tərəfindən bir oğlan doğulması üçün mükafat vəd etməsindən sonra bütün dünyada məşhurlaşıb. Valideynlərini nə gözlədiyi dəqiq deyilməyib. “New York Times” qəzetinə verdiyi müsahibədə Frişko hələ qərar vermədiyini, ancaq çoxdan gözlənilən körpənin şərəfinə bir küçə adlandırmağı düşündüyünü söyləyib.

Uşaq mükafatın elan olunmasından 10 ay sonra, 2 mayda dünyaya gəlib. Valideynləri Meizze-Odzinksdə yaşayan Anna və Qjeqoz Milekdir (Grzegorz Milek). Uşağın adını Bartek qoyublar.

“Bu, xüsusilə hamımızın koronavirus pandemiyası yaşadığımız bir zamanda çox gözəl xəbərdir”, – Frişko deyib və Meizze-Odzinskə gələcəyə ümid bəxş etdiyini əlavə edib. Onun sözlərinə görə, ailə söz verilən mükafatı bir az sonra olsa da, alacaq. Pandemiya və valideynlərin mətbuatla əlaqə qurmaq istəməməsi səbəbindən mərasim təxirə salınıb.

Xatırladaq ki, daha bir maraqlı xəbər aprel ayında Nigeriya sakininin 43 il uşaq sahibi olmağa çalışandan sonra, 68 yaşında əkizlər dünyaya gətirməsidir.

Bənzər yazılar

Back to top button