Hadisə

Şuşaya aparmaq adı ilə 370 alimə qarşı dələduzluq edilib?

Bir qrup alimə qarşı Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə tarixçi alim Arif Gürşadoğlu sosial şəbəkə hesabında paylaşım edib.

“Demək Elvan Cafarov adlı bir nəfər Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi Şuşa adıyla aldadıb. Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də, Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bir çirkin oyun qurulub. Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alimlər bu gün gediblər”, – paylaşımda bildirilib.

A. Gürşadoğlunun sözlərinə görə, gedənlərin içində bir ailədən 4 nəfər və alim olmayanlar olub: “İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin. Xeyirdirmi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25.900 manat edir”.

Bənzər yazılar

Back to top button