İdman

Cibini düşünür, yoxsa futbolun gələcəyini?

“Real”ın prezidenti Florentino Peres futbolun yeni reallıqlara uyğunlaşması haqda fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Peres “Avropa futbolunun gələcəyini necə görürsünüz?” sualına belə cavab verib:

“Bu suala cavab vermək üçün çox vaxt lazım ola bilər. Ancaq mən konsepsiyanı sadələşdirməyə çalışacağam: son iyirmi ildə yeni nəsil gəldi və dünya dəyişdi.

Futbol yeganə universal və qlobal idman növüdür. Biz imkan verə bilmərik ki, daha mütəşəkkil, dəyişikliyə və müasirliyə yönəlmiş digər idman növləri futbolu imtiyazlı mövqeyindən uzaqlaşdırsınlar.

Mən də, sələflərim də yaşadığımız dövrə uyğunlaşmaq üçün çalışırıq: biz, gənclərin futbolu getdikcə daha az sevməsinə icazə verə bilmərik. Hazırda təklif etdiyimiz matçlar daha az baxımlı və cəlbedicidir.

Buna imkan verə bilmərik, birlikdə düşünüb gələcəyi təmsil edən gənclərə, o cümlədən futbola, bizdən nə istədiklərini verməliyik. Bunun üzərində işləyirik və bütün gücümlə mübarizə aparacam ki, futbol öz imtiyazlı mövqeyini itirməsin və bütün qitələrdə idmanın kralı olmağa davam etsin”.

Böyük ehtimalla, Peresin bu açıqlamasında Superliqa ideyasını cəmiyyətə sırımaq niyyəti durur. Belə görünür ki, onu futbolun gələcəyi yox, cibi düşündürür.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button