İdman

“Arsenal”ın futbolçusu islamı qəbul etdi, adını dəyişdi

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti adını dəyişib.

Fanat.az “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçu mərakeşli Sara Belle ilə evləndikdən sonra bu addımı atıb.

Şərqi Qanada xristian olaraq böyüyən Parti 2022-ci ilin əvvəlində islamı qəbul edib. Toydan sonra 28 yaşlı yarımmüdafiəçi Yakubu adını götürüb.

Futbolçu “Arsenal”da çıxışını köhnə adı ilə davam etdirəcək.

Xatırladaq ki, Parti 2020-ci ildə “Atletiko Madrid”dən “Arsenal”a keçib. Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib. O, 2016-cı ildən Qana millisində çıxış edir.

Bənzər yazılar

Back to top button