Hadisə

DYP rəisinin rüşvət aldığına dair səs yazısı yayıldı – Audio

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin rüşvət aldığını əks etdirən səs yazısı yayılıb.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan həmin səs yazısında polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur.

İddiaya görə, o, başqa şəxslərlə əlbir olub, müxtəlif adamlardan rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səs yazısı barədə araşdırma aparıldığını bildirib.

Bənzər yazılar

Back to top button